Hindistanın Xarici İşlər Nazirliyi altı kanadalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib.
Lim10.az xəbər verir ki, qurum bununla bağlı rəsmi saytında məlumat yayıb.
Bildirilir ki, siyahıya səfir səlahiyyətlərini icra edən Stuart Ross Uiler, həmçinin onun müavini və dörd birinci katib daxildir.
Onlardan 19 oktyabr 2024-cü il, şənbə günü saat 23:59-a qədər Hindistanı tərk etmələri tələb edilib.
Buna cavab olaraq, Kanada hökuməti də altı hindistanlı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
Qeyd edək ki, daha əvvəl Hindistan respublikanın Kanadadakı səfiri Sanjay Kumar Verma və bəzi digər diplomatların təhlükəsizliklə bağlı narahatlıqlarına görə geri çağırıldığını açıqlamışdı. Kanada tərəfi Hindistan diplomatlarının Ottavada "Siqx" icmasının liderlərindən birini öldürmək planında iştirak etdiyini iddia edir. Hindistan bu bəyanatları əsassız və qəbuledilməz adlandıraraq, Kanada hakimiyyətini Hindistana qarşı ekstremizm, zorakılıq və separatizmi dəstəkləməkdə günahlandırır.