İsrail polisi İran üçün casusluq edən iki nəfəri həbs edib. Onlar Təl-Əviv yaxınlığındakı Rametqan bölgəsində saxlanılıblar.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) xəbər yayıb.
Bildirilir ki, İranın kəşfiyyat orqanları "Telegram" tətbiqi vasitəsilə əvvəlcə 30 yaşlı Vladislav Viktorsonu, sonra isə onunla münasibəti olan 18 yaşlı Anna Bernşteyni pul qarşılığında İrana casus kimi əməkdaşlığa cəlb edib.
"İsrail polisi, ölkə vətəndaşlarını əməkdaşlığa cəlb etməklə İranın İsrail rəsmilərinə sui-qəsd cəhdinin qarşısını alıb", - deyə məlumatda vurğulanıb.