Rusiyalı qadın azərbaycanlı bloqerin keçmiş şirkətindən pulunu geri aldı

Moskva Arbitraj Məhkəməsi (Rusiya) biznes-ledi Yuliya Milçenkonun bloqer Hüseyn Həsənovun keçmiş şirkəti olan "Banda" MMC-dən 10 milyon rubl (təxminən 175 250 manat) alınması ilə bağlı iddiasını təmin edib.

Lim10.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə məhkəmənin elektron məlumat bazasında qeyd edilib.

Fərdi sahibkar Milçenkonun Moskva şirkətinə qarşı iddiası iyulun əvvəlində qaldırılıb. Qadın satılan onlayn təlim kursunu bitirib, onun keyfiyyətindən narazı qalıb və faydasız hesab etdiyi üçün pulunun geri qaytarılmasını tələb edib.

Qeyd edək ki, Həsənov "Banda" MMC-nin 70%-nə sahib olub, bu şirkət vasitəsilə təlim kurslarını pul qarşılığında satıb, lakin sonradan təsisçilikdən istefa verib.

Bundan əvvəl, bloqer Federal Vergi Xidmətinə olan 144,8 milyon rubl (2,5 milyon manat) məbləğində borcunu ödəyib. Bununla bağlı Rusiya paytaxtının Arbitraj Məhkəməsi iş üzrə icraata xitam verib.