ABŞ ordusu Yəməndə silah anbarlarına zərbələr endirib

ABŞ ordusu Yəməndə "Ənsar Allah" hərəkatının silah anbarlarına zərbələr endirib.

Lim10.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

ABŞ Mərkəzi Komandanlığından bildirilib ki, zərbələr Yəmənin "Ənsar Allah" hərəkatının nəzarətində olan ərazilərə endirilib.

Qeyd edək ki, Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra "Ənsar Allah" qruplaşması xəbərdarlıq edib ki, İsraili atəşə tutacaq və Fələstin anklavında əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcək.