Oktyabrın 17-si Füzuli Şəhər Günü kimi qeyd olunur.
Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.
Lim10.az xəbər verir ki, bu gün münasibətilə Füzuli şəhərində təntənəli tədbir keçirilir.
Tədbir çərçivəsində müxtəlif fotosərgilər, uşaqlar üçün əyləncə və oyun proqramları təşkil edilib.
Eyni zamanda, "Füzuli 530" tamaşası, uşaqlar üçün isə "Ayı balası" tamaşası səhnələşdirilib. Təntənəli qala-konsert, həmçinin "Ay elmi-Füzuli" adlı konsert planlaşdırılır.
Xatırladaq ki, Füzuli Şəhər Günü Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə təsis olunub.
Daha çox foto burada: PhotoStock.Az
Aygün Mirakif