Yaponiyada süni intellektli müşayiətçi pilotsuz uçuş aparatları təqdim edilib

"Mitsubishi Heavy Industries" (MHI) şirkəti süni intellekti (Sİ) dəstəkləyən iki müşayiətçi pilotsuz uçuş aparatı modelini təqdim edib.

Lim10.az bu barədə "Army Recognition"a istinadən xəbər verir.

"MHI nümayəndələri təsdiq ediblər ki, süni intellektlə təchiz edilmiş döyüş pilotsuz uçuş aparatlarının ilk sınaq uçuşları 2025-ci ildə Yaponiya Satınalma, Texnologiya və Logistika Agentliyi ilə müqavilə əsasında həyata keçiriləcək", - deyə materialda bildirilib.

Pilotsuz uçuş aparatları Yaponiyadakı Beynəlxalq Aerokosmik Sərgidə təqdim edilib. "ARMDC-20X" modelinin uzunluğu təxminən altı metrdir. Onun əsas təyinatı kəşfiyyat olacaq.

İkinci dron modeli hələ adlandırılmayıb. Onun uzunluğu 10 metr olacaq. Bununla yanaşı, pilotsuz uçuş aparatı hava döyüşü və hədəflərin ələ keçirilməsi üçün istifadə edilə bilər.