"Paşinyan hamıdan şübhələnməyə başladı" - KİV
Ermənistan hakimiyyətinə yaxın mənbələr bildirirlər ki, məlum mətbuat konfransından sonra baş nazir Nikol Paşinyan kifayət qədər əsəbi vəziyyətdədir.
Bu barədə Yerevanın “İravunk” qəzeti yazır.
“2020-ci il noyabrın 9-dan sonrakı günlərdə olduğu kimi, o, hamıdan, hətta, ən sədaqətlilərdən də şübhələnməyə başladı.
Eyni şayiələrə görə, hökumətdə də kifayət qədər həyəcanlı vəziyyət hökm sürür. Onlar gözləyir ki, Paşinyan birdən-birə hansı idarədə peyda olacaq və hansı fövqəladə vəziyyət yaradacaq”, – qəzet yazır.