Üç övladı da ağır xəstəlikdən əziyyət çəkən ana yardım istəyir

Fatimə, Sahib və Dilarə Sultanovların yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Lim10.az-a onun anası Nərgiz Sultanova məlumat yayıb.

O bildirib ki, övladları serebral iflic və autizm xəstəliklərindən əziyyət çəkirlər:

"Fatimənin 15, Sahibin 13, Dilarənin isə 10 yaşı var. Fatimə anadangəlmə serebral iflic, Sahib autizm və bel yırtığı, Dilarə autizm və serebral iflic xəstəliklərindən əziyyət çəkirlər. Sahib ötən həftələrdə sizin saytın izləyicilərinin dəstəyi ilə əməliyyat olundu. İndi vəziyyəti stabildir. Qızlarımın isə masajlarına başlamışdıq. Uşaqların hamısı hazırda xəstələnib, bir neçə gün onlar xəstəxanada müalicə alsa da, hazırda evə çıxmışıq".

Nərgiz Sultanov övladlarının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:

"Mən iki dəfə ağır əməliyyat keçirmişəm, uşaqlara tək baxa bilmirəm. Buna görə də yoldaşım daimi iş tapıb işləyə bilmir. Gündəlik işlərə gedir. Uşaqlara tək baxmağa inanın gücüm çatmır. Uşaqların pensiyası ilə bir təhər dolanırıq. Uşaqların üçü də birdən xəstələndiyi üçün inanın əlimizdə nə var hamısını xərcləmişik, xəstəxanada olarkən 400 manat, evə çıxandan sonra isə 80 manat borc almışıq. Hazırda uşaqların dərmanları bitib və onları ala bilmirik. Yeni reseptləri almaq üçün hazırda 400 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirik".

Ailə ilə əlaqə: (070) 302-95-48.

Kapital Bank: 4169 7388 8539 5032.