Bəzi yerlərdə intensiv yağış yağıb - FAKTİKİ HAVA

Oktyabrın 19-u saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lim10.az-a verilən məlumata görə, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəki, Qəbələ, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Yardımlı, Lerik, Lənkəranda yağış yağır.

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi Naftalanda arabir 18 m/s-dək güclənib.

Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 21, Aran rayonlarında 19, dağlıq rayonlarda 6 dərəcəyədək isti qeydə alınıb.

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Lim10.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 19-da saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağıb. Əsasən Balakən-Şəki zonasının bəzi ərazilərində yağıntılar güclü olub. Şahdağ və Zaqatala rayonunun dağlıq ərazilərinə (Əlibəy) qar yağıb.

Düşən yağıntının miqdarı Qubada 43 mm (Qudyalçay), Qusarda (Ləzə) 35 mm, Xaltanda 34 mm, Qaxda (Sarıbaş) 29 mm, Qrızda 25 mm, Xaçmazda 23 mm, Xınalıq və Ağsuda 21 mm, Şabranda 19 mm, İsmayıllı, Qəbələ və Şəkidə (Kişçay) 18 mm, Altıağac və Oğuzda 15 mm, Şamaxıda 10 mm, Astara, Neftçala, Kürdəmir və Gədəbəydə 8 mm, Cəfərxanda 7 mm, Lənkəranda 6 mm, Biləsuvar, Sabirabad və Mingəçevirdə 5 mm, Yardımlı, Daşkəsən, Şahdağ, Lerik, Göyçay, Qobustan, Şəmkir, Zərdab, Naftalan, Göygöl, Ağstafa, Gəncə, Balakən, Zaqatala, Bərdə, Tərtər, Yevlax, Ordubad və Şahbuzda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında bir mm-dək olub.

Yağan leysan yağış nəticəsində İsmayıllı rayonu ərazisindən axan Göyçay çayından, Şəmkir rayonu ərazisindən axan Şəmkirçaydan sel keçib. Naxçıvan, Şahbuz, Balakən, Oğuz, Şəki, Şamaxı, Qax, Quba, Qusar, Qrız, Göyçay, Göyçay və Lerikdə duman müşahidə olunub.

Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti arabir Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında 21 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Goranboyda 19 m/s-dək güclənib. "Neft Daşları" stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-də 9, Aran rayonlarında 13, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.