Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Lim10.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 20-i saat 09:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış, Daşkəsəndə, Şahdağ, Zaqatala (Əlibəy), Qrızda qar yağıb.
Nəticədə Qrızda 17 santimetr, Xınalıqda 13 santimetr, Qusar (Laza) 6 santimetr, Şahdağda 3 santimetr qar örtüyü əmələ gəlib.
Düşən yağıntının miqdarı Lənkəranda 27 millimetr, Qusar (Laza) 23 millimetr, Şəki, Oğuzda 22 millimetr, Astarada 21 millimetr, İsmayıllıda 18 millimetr, Şamaxıda 17 millimetr, Xaçmazda 16 millimetr, Qubada 16 millimetr, Lerikdə 14 millimetr, Xınalıqda 12 millimetr, Qaxda (Sarıbaş) 11 millimetr, Yevlax, Xaltan, Goranboyda 10 millimetr, Naftalan, Mingəçevir, Qırız, Göyçay, Şabran, Qəbələdə 9 millimetr, Qobustanda 8 millimetr, Cəfərxan, Yardımlı, Biləsuvar, Bərdə, Tərtərdə 7 millimetr, Zərdab, Daşkəsəndə 6 millimetr, Gədəbəydə 4 millimetr, Göygöl, Şahdağda 5 millimetr, Neftçala, Sabirabadda 3 millimetr, Kürdəmir, Gəncədə 2 millimetr, İmişli, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Zaqatalada 1 millimetrədək, Bakıda və Abşeron yarımadasında: Maştağada 22 millimetr, Binədə 19 millimetr, Bakıda 11 millimetrədək olub.
Qusar, Qrız, Qax (Sarıbaş), Şamaxı, Göyçay, Qusarda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 9, Aran rayonlarında 12, dağlıq rayonlarda 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.