Zaqatalalı gənc Rusiyada 25-ci mərtəbədən yıxılıb öldü

Rusiyada Azərbaycan vətəndaşı faciəli şəkildə ölüb.

Lent.az xəbər verir ki, hadisə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində qeydə alınıb.

Zaqatala rayonunun Dağlı kənd sakini, 23 yaşlı Məhəmməd Rövşən oğlu Məmmədov fəhlə işlədiyi binanın 25-ci mərtəbəsindən yıxılaraq ölüb.

Mərhumun cənazəsi Zaqatalaya gətirilərək doğulduğu kənddə torpağa tapşırılıb.