Şəmkirdə QƏZA: Fiziki məhdudiyyətli moped sürücüsü öldü

Şəmkirdə bir nəfərin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan mopedlə "Mercedes" toqquşub. Qəza zamanı mopedin sürücüdü 24 yaşlı Höcət Əhmədov vəfat edib.

Qeyd edək ki, ölən mopedin sürücüsü eşitmə və danışma məhdudiyyətli olub.

Faktla bağlı araşdırma aparılır.