Biləsuvarda ağır qəza: Ölən və yaralananlar var

TƏBİB Biləsuvarda baş verən avtoqəza ilə bağlı məlumat yayıb.

Qurumdan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:30-da Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1969-cu il təvəllüdlü kişi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.

Ona başın və döş qəfəsinin səthi travması, said nahiyəsinin hematoması və sıyrıqları diaqnozları qoyulub.

"Hazırda xəsarət alan şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir", - məlumatda qeyd edilib.

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.