Ermənilərin "Laçın dəhlizi" möhtəkirliyi
Erməni KİV-ləri “Hayastan” ümumerməni fonduna istinadən yazır ki, RMK-nın müvəqqəti məsuliyyət zonasındaki seperatçilara çatdırıla bilməyə 100 ton humanitar yardım Görusda ilişib qalıb.
Ermənilər bu məsələdə qəsdən "bulanlıq suda balıq tutmaq" istəyir. Aksiyaçılar dəfələrlə bildirib ki, yüklər yoxlandıqdan sonra sərbəst keçə bilər.
Aksiya başlanandan dərhal sonra ermənilərə təklif edilib ki, humanitar yük gətirən maşınların nömrələrini, bu maşınların içindəkilərin siyahısını verin, yoxlanıldıqdan sonra yükün qanuni olduğu təsdiqləndi, maşınlar sərbəst buraxılacaq. Ermənistan tərəfi isə bundan imtina edib.
Eyni zamanda, RMK və BQXK sakitcə Azərbaycanın Qarabağ bölgəsinə səfər edir.
Sadəcə olaraq, ermənilər istəyir ki, Laçın dəhlizində Azərbaycan tərəfinin heç bir nəzarəti olmasın. Onlar isə bu nəzarətsiz keçiddən sui-istifadə edərək Qarabağ bölgəsinə silah-sursat əsgəe daşısın, geriyə isə faydalı qazıntı filizi apara bilsinlər. Bu isə Azərbaycan qanunlarına və ölkəmizin qoşulduğu konvensiyalara ziddir.