Atası atıb gedib, anası əlilliyinə görə işləyə bilmir: İki qardaşın dəstəyə ehtiyacı var

Doqquz yaşlı Yusifin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Lim10.az-a onun anası Günel Əsgərova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə serebral iflicdən əziyyət çəkir:

"Yusifin doqquz yaşı var. O, anadangəlmə serebral iflicdən əziyyət çəkir. Keçən il pay torpağımı sataraq Yusifi müayinə üçün İrana apardım. Orada Yusifin başına maye yığıldığını, təcili əməliyyat edilməli olduğunu dedilər. Həmin əməliyyatın məbləğinin bir hissəsini sizin saytın izləyicilərinin dəstəyi ilə toplayıb, əməliyyatı etdirə bildik. Hazırda Yusifin masaja ehtiyacı var, bunun üçün isə bizə 300 manat lazımdır".

Günel Əsgərova övladlarına təkbaşına baxdığını deyib:

"Mənim Yusifdən başqa iki övladım da var. Digər oğlum Dünyaminin hazırda müalicəyə ehtiyacı var. Ayaqları tutulur, yaddaşını itirir. Həkimlər təcili müalicə etdirməli olduğumuzu deyirlər. Həkimin yazdığı resepti almaq üçün 220 manat edir, bunda əlavə həkim onu maqnetik rezonans tomoqrafiya (MRT) etməyimizi də məsləhət görüb, bunun qiyməti isə 150 manatdır. Övladlarımın atası illər əvvəl bizdən ayrılıb, özünə yeni həyat qurub. Övladları ilə maraqlanmır, heç bir dəstəyi də yoxdur. Özüm ikinci qrup əliləm, bir qolum işləmir. Buna görə də iş tapıb işləyə bilmirəm. Yusiflə mənim pensiyama dolandıra bilirəm uşaqlarımı. İnanın, uşaqlarımı bir qarnı ac, bir qarnı tox böyüdürəm. Yusif isə təcili əməliyyat olunmalıdır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, övladımın əməliyyatı üçün köməklərini əsirgəməmələrini xahiş edirəm".

Ailə ilə əlaqə: (051) 819-60-21.

Kapital Bank: 4169 7388 9040 8358.