Səfirliyimizə hücumda İrandan şübhələnməyə çoxlu faktlar var
Azərbaycanın İrandakı səfirliyinə edilən terror aktının arxasında Tehran hakimiyyətinin dayandığını təsdiqləyən çoxlu faktlar var. Video görüntülər İran hökumətindən şübhənməyə əsas verən başlıca sübutudur.
Yanvarın 27-si səhər saat 8:32-də terrorçu səfirliyin binasına daxil olub və içəridə atışma olub. 4 dəqiqə sonra, yəni saat 8:36-da terrorçu səfirlik binasından qovulub.
Saat 8:37-dən 8:44-ə qədər o, səfirliyin qapısına avtomatdan atəş açıb və balyozla qapını sındırmağa cəhd edib. Terrorçu saat 8:45-də qapını açıb və yenidən binaya daxil olub. Onu növbəti dəfə səfirlik binasından çıxarıblar.
Saat 8:50-də səfirliyin ətrafına adamlar toplaşmış avtomobilini yandırıb.
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan səfirliyinin qarşısındakı mühafizə kabinəsində əyləşən iranlı polis heç bir tədbir görməyib, sadəcə olaraq oradan çıxıb.
Bir faktı da qeyd etmək yerinə düşər ki, xarici müşahidə kameralarında vaxt 24 dəqiqə fərqlənir. Buna görə də ayrı-ayrı kameralardan video kadrların vaxtı uyğun gəlmir. Səfirlik əməkdaşının qəhrəmanlığı, polisin səhlənkarlığı xüsusilə diqqətəlayiqdir