İsrail də ermənilərin "vətəni" imiş!

Ermənilərin İsrailin onlara məxsus olması iddiası yəhudilərlə toqquşmalara səbəb olub.

Bu barədə İsrail mətbuatı məlumat yayıb. Məlumata görə, ilk qarşıdurma “Ağlama divarı” yaxınlığında baş verib. Toqquşmaya ermənilərin İsrailin onlara məxsus ölkə olması barədə idiakarı səbəb olub. Belə ki, bir qrup erməni “Bura – İsrail bizim ölkəmizdir, bura evimizdir”, - deyə süarlar səsləndirib. Qarşıdurmaya polis əməkdaşları müdaxilə ediblər. Toqquşmanı daha da dərinləşdirən Gevorq Kaxkecyan saxlanılıb. Kaxkecyan məhkəmənin qərarı ilə 20 sutka ev dustaqlığına məhkum edilib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Qüdsün xristian məhəlləsində ermənilərə məxsus restoranda da yəhudilərlə erməni millətçiləri arasında kütləvi dava baş verib.