Pakistandakı məscidə baş verən partlayışda ölənlərin sayı 87-yə çatdı

Pakistanın Peşavar şəhərindəki məscidlərdən birində törədilən partlayış nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb.

Bu barədə Pakistan mətbuatı məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində 150-dən çox insan yaralanıb, axtarış əməliyyatları hələ də davam edir və ölənlərin sayının artacağı ehtimal edilir. Pakistanın baş naziri Şehbaz Şərifin sözlərinə görə, terrorçular Pakistanı qorumaq üçün vəzifə yerinə yetirənlərə hücum edərək qorxu yaratmaq istəyirlər. Xatırladaq ki, ötən gün günorta namazı vaxtı insanlar namaz qılarkən, terrorçu kamikadze bomba düzülmüş jiletini partladıb.