"Bu tələsik addımdır" - Möhsün Pakayin
İranın keçmiş diplomatı Azərbaycanın Tehrandakı səfirliyini boşaltması haqda
"Eghtesad News" saytının xəbərinə görə, Urmiyadan olan şəxsin Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu zamanı rəsmi Bakı öz səfirliyini təxliyə edib. Bu barədə müsahibə verən İranın Azərbaycandakı keçmiş səfiri, hazırda siyasi ekspert kimi çalışan Möhsün Pakayin bunu tələsik addım adlandırıb. O, ümid edir ki, vəziyyət sabitləşdikdən və diplomatik danışıqlar aparıldıqdan sonra münasibətlər əvvəlki qaydasına düşəcək.
Sual: Azərbaycanın səfirliyə hücum məsələsində qəribə və gözlənilməz davranışını nəzərə alsaq, demək olarmı ki, onlar buna bəhanə axtarırdılar?
Pakayin: Azərbaycan səfirliyinin boşaldılması qınana bilən addım olmaqla yanaşı, diplomatik praktikada tələsik və qeyri-ənənəvi sayılır. Mən bunu düşmənçilik adlandırmazdım, amma deyərdim ki, bu, qeyri-dostcasına bir hərəkət idi. Ümid edirik ki, əlaqələr ən qısa vaxtda normallaşacaq və Azərbaycanın İrandakı səfirliyi həmişəki kimi fəaliyyətini davam etdirəcək.