"Mən Gürcüstana öz biliyimi verdim" - Mixail Saakaşvili

Tbilisi Şəhər Məhkəməsində üçüncü prezident Mixail Saakaşvilinin cəzasının təxirə salınması və ya hökmdən azad edilməsi ilə bağlı növbəti məhkəmə prosesi başlayıb.

Eks prezident sağlamlıq vəziyyəti ilə bağlı iclasda onlayn qaydada iştirak edir.

Məhkəmə iclasında çıxış edən sabiq prezident deyib: "Mən Gürcüstana öz biliyimi verdim. İndi isə sağlamlığımı verirəm. Tək istəyim adekvat şəkildə müalicə olunmağımdır. Lazım olsa, öz canımı da verəcəm. Vəziyyətim kəskin şəkildə pisləşib", - deyə Saakaşvili bildirib.

Saakaşvilinin vəkili Şavla Xaçapuridzenin sözlərinə görə, bugünkü məhkəmə prosesində müdafiə tərəfinin şahidləri dindiriləcək.

Qeyd edək ki, iclasda Mixail Saakaşvilinin ailə üzvləri, yaxınları və tərəfdarları iştirak edir. Prosesdə “Vahid Milli Hərəkat”ın yeni sədri Levan Xabeişvili də iştirak edir.