Türkiyənin İraqdakı bazası vuruldu
İraqın şimalındakı Naynava əyalətində yerləşən Türkiyənin Zlikan hərbi bazası raket atəşinə tutulub.
Bu barədə İraqın “Shafaq News” xəbər portalı məlumat yayıb.
Məlumata əsasən, fevralın 1-i səhər saatlarında hərbi bazaya təxminən 8 raket atılıb. İki raketin bazaya, digərlərinin isə onun hüdudlarından kənara düşdüyü bildirilir. Hücum nəticəsində ölən və yaralanan olmayıb.
Məlumata görə, İraq təhlükəsizlik qüvvələri artıq raketin buraxıldığı ərazinin axtarışına başlayıb.