"İtalya Ukraynaya hücum silahı verməyəcək!"

İtaliya Ukraynaya hücum silahı verməyəcək, - ölkənin xarici işlər naziri Antonio Tayani belə deyib.

“Biz müdafiə silahları verməyə hazırıq, lakin heç vaxt hücum silahları göndərməyəcəyik. Çünki biz Rusiya ilə müharibə aparmırıq, biz ancaq Ukraynanın müstəqilliyini müdafiə edirik” - deyə o, vurğulayıb.