Rusiya Gürcüstanla sərhəddi bağladı

Rusiya Gürcüstanla sərhəddəki yeganə quru keçid məntəqəsi olan Zemo Lars istiqamətində nəqliyyatın hərəkətini tamamilə bağlayıb.

Rusiya mətbuatı Şimali Osetiya Fövqəladə Hallar Nazirliyinə istinadən yazır ki, buna səbəb yolların buz bağlaması və təhlükəsiz hərəkətinin mümkünsüz olmasıdır. Rusiya mətbuatı xəbər verir ki, Şimali Osetiya Fövqəladə Hallar Nazirliyi Gürcüstan tərəfindən də belə bir müraciətin daxil olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl, yanvar ayı ərzində Şimali Osetiya Fövqəladə Hallar Nazirliyi hava şəraitini və Gürcüstan Sərhəd Polisinin tövsiyələrini nəzərə alaraq Vladiqafqaz-Lars yolunda vaxtaşırı məhdudiyyətlər qoyub.