Ruslar daha çox hara gedir?

Rusiya sakinləri 2022-ci ildə ölkədən kənara 24,3 milyon dəfə səfər ediblər.

Bu barədə ölkənin Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatlarına istinadən “Novaya qazeta Yevropa” nəşri yazıb. Nəşr qeyd edib ki, ölkədən çıxanların böyük payı Rusiyada səfərbərlik elan edilən 2022-ci ilin üçüncü rübünün payına düşüb. İyul-sentyabr aylarında Rusiya ilə qonşu ölkələrə 3,5 milyon, oktyabr-dekabr aylarında isə daha 2,1 milyon insan gedib. Monqolustana gediş il ərzində 989%, Gürcüstana – 475%, Qazaxıstana – 234%, Tacikistana – 212%, Özbəkistana – 99 %, Ermənistana 90%, Azərbaycana isə 86% artıb.

Bundan əlavə, 2022-ci ildə rusiyalıların İsrailə uçuşlarının sayı iki dəfə artaraq 100 mini keçib. Rusiyalıların Tailand, Şri-Lanka, Hindistan və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedənlərin sayı da artıb.