"İrana hücum yüksək səviyyəli əməliyyatdır"

İsrailin "Kan" televiziya kanalı bildirib ki, şənbə günü gecə İsfahanda İran hərbi kompleksinə aviazərbələrlə eyni vaxtda, İsrailin təhlükəsizlik-siyasi kabinetinin növbədənkənar iclası keçirilərkən, MOSSAD rəhbəri iclası tərk edib və iclasa geri dönməyib.

“Kan” telekanalı çox güman ki, Mossad rəhbərinin "Tehran” serialında nümayiş etdirilən əməliyyat kimi İsfahandakı əməliyyata şəxsən nəzarət etdiyi düşüncəsini aşılamağa çalışıb.

"One News" saytı yazıb ki, İranın mərkəzinə dron hücumu İrana qarşı birbaşa addımda daha ​​yüksək plandır və çox yüksək səviyyədə cəsarət, zəka və texniki qabiliyyət tələb edən və dünyada çox az ölkə bunu bacara bildiyi əməliyyatdır.