Türkiyədə 7,8 bal gücündə zəlzələ baş verib

Türkiyənin zəlzələ baş verən ərazilərində yenidən şiddətli yeraltı təkanlar olub.

 Türkiyə KİV-i xəbər verir ki, zəlzələ günorta saat 14:30 radələrində qeydə alınıb. İlkin məlumata görə, 7.8 gücündə baş verən zəlzələ ölkənin bir çox bölgəsində hiss edilib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ olub. Nəticədə 912 nəfər ölüb, 5385 nəfər yaralanıb. 1710 bina dağılıb.