Zəlzələ 3700 nəfərin həyatına son qoydu

Türkiyə və Suriyada baş verən güclü zəlzələ 3700 nəfərin həyatına son qoydu. Hava şəraitinin soyuq və qarlı olması evləri dağilmış, lakin sağ qalanları insanların vəziyyətini gərginləşdirib.

Bazar ertəsi Türkiyə və Suriyanın şimal-qərbində baş verən güclü zəlzələ 3700-dən çox insanın həyatına son qoydu, dondurucu qış havası minlərlə yaralı və ya evsiz qalanın vəziyyətini daha da gərginləşdirdi və sağ qalanları dağıntılar altından axtarıb, tapmaq üçün səylərə mane oldu.

7,8 bal gücündə zəlzələ Türkiyə şəhərlərində bütün yaşayış binalarını uçurdu və illərlə davam edən müharibə nəticəsində didərgin düşmüş milyonlarla suriyalının üzərinə daha çox problemlər yığdı.

İlk zəlzələ şokları sərt havada günəş çıxmazdan əvvəl baş verib. Günortadan sonra isə daha bir güclü zəlzələ baş verdi.

Türkiyənin cənub-şərqində Diyarbəkirdə yaşadığı 7 mərtəbəli blokun dağıntılarının yanında danışan bir qadın dedi: "Beşik kimi sarsıldıq. Evdə 9 nəfər idik. İki oğlum hələ də dağıntılar altındadır. Mən onları gözləyirəm”.

Reuters