İran şirkətləri Ermənistana gedir

 

İranın “Sina Press” saytının verdiyi məlumata görə, İranın biliyə əsaslanan şirkətləri Ermənistanda keçirilən informasiya texnologiyaları, telekommunikasiya və qabaqcıl sənayelər sərgisində iştirak edəcəklər.

10-12 mart tarixlərində Ermənistanın paytaxtı İrəvanda informasiya texnologiyaları, telekommunikasiya və qabaqcıl sənaye sahələrinə dair üç günlük sərgisi keçiriləcək.

Sərgidə İnnovasiya Fondunun dəstəyi ilə İranın biliyə əsaslanan şirkətləri öz məhsullarını təqdim edəcək və öz imkanlarını nümayiş etdirəcəklər.