"Azərbaycan NATO-ya üzv olarsa...”

İranlı siyasi ekspert Əmir Əli Əbulfəttah özünün Twitter hesabında yazıb:

“Tehranla Bakı arasındakı siyasi gərginlik göstərdi ki, Rusiyanın NATO-nun Şərqə doğru genişlənməsinin qarşısını almaq səylərini dəstəkləməkdə İranın mövqeyi nə qədər ölkənin milli maraqlarına cavab verir”. 

“Azərbaycan NATO-ya üzv olarsa, Bakı artıq İrana qarşı özünə heç bir məhdudiyyət qoymayacaq”, - deyə o, əsassız fikirlər səsləndirib.