“Media müharibəsində məğlub olduq” -Xameneyinin ali müsaviri

Seyid Rəhim Səfəvi


SEPAH-ın keçmiş baş komandanı və İran rəhbəri Əli Xameneyinin ali müşaviri ölkənin media və kiberməkan savaşında uğursuzluğa düçar olduğunu etiraf edib.

Fevralın 15-də general-mayor Seyid Rəhim Səfəvi, ictimai rəyə qarşı və hökumətin siyasətinə təsir etmək məqsədi ilə koqnitiv müharibə aparıldığını iddia edib.

"Sosial şəbəkələrin yaranması, texnoloji tərəqqi və məlumatların milyardlarla insan arasında dəqiqələr ərzində yayılması səbəbindən koqnitiv müharibə sosial və ideoloji təhlükəyə çevrilib",- deyə o, bildirib.

Qeyd edək ki, Rəhim Səfəvinin bu çıxışı İran rəsmilərinin internet və sosial medianın düşmən əlində silah olduğu barədə iddiaları və internetin məhdüdlaşdırılması tələbləri ilə eyni vaxta təsadüf edir.