İranda türk adlarına qadağa davam edir

Volkan kimlik vəsiqəsi ala bilmir

İran Qeydiyyat İdarəsinin Təbriz şöbəsi Volkan adlı azərbaycanlı uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina edir.

Volkan Azərmiradın ailəsi övladlarının dekabr ayında dünyaya gəlməsinə baxmayaraq, bu müddət ərzində ona türkcə ad seçdiklərinə görə şəxsiyyət vəsiqəsi ala bilmədiklərini bildirirlər.

Qeyd edək ki, bu, İranda ilk hal deyil. Dəfələrlə valideynlər övladlarına türk mənşəli ad qoyduqları üçün kimlik vəsiqəsi ala bilmədiklərindən şikayət ediblər.

İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.(Gunaz)