Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb
Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb.
Lim10.az xəbər verir ki, bu barədə UNESCO məlumat yayıb.
"Qeyri-maddi İrs Siyahısında yeni qeyd: Azərbaycanda təndir sənətkarlığı və çörək bişirmə", - UNESCO-dan bildirilib.
Xatırladaq ki, bu günə qədər Azərbaycan mədəniyyətinin 23 elementi UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib.