Macarıstan və Slovakiya Rusiyadan enerji təchizatına tam qadağa qoyulmasını istəyən Aİ rəhbərliyinə qarşı Avropa Birliyi Ədalət Məhkəməsində birgə iddia qaldıracaq və artıq bunun üçün hüquqi əsas hazırlayıblar.
Lim10.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto M5 televiziyasına verdiyi müsahibədə bildirib.
O, Macarıstanın Slovakiya ilə razılığa gəldiyini və 2027-ci ilin oktyabr ayından etibarən Rusiya təbii qazının alınmasını qadağan edən Avropa Komissiyasının planına birgə etiraz edəcəklərini qeyd edib.
"Biz təcili dinləmənin keçirilməsini və bu qərarın dayandırılmasını tələb edəcəyik", - xarici işlər naziri bildirib.
Bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban ölkənin 2027-ci ilin sonundan etibarən Rusiyadan neft və qaz alışına qoyulan qadağanın qüvvəyə minməsinin qarşısını almaq üçün bütün mövcud hüquqi mexanizmlərdən istifadə edəcəyini bildirmişdi.
Elvin
Lim10.az



















