ABŞ prezidenti Ukraynada səfərdədir


Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Kiyevin Mixaylovski kilsəsində görüş keçirilib.


Bu barədə Ukrayna mətbuatı məlumat yayıbıb.


Məlumata əsasən, Zelenski amerikalı həmkarını ilk öncə Mixaylovsk meydanında qarşılayıb.
ABŞ lideri həyəcan siqnalı altında müharibədə həlak olan Ukrayna müdafiəçilərinin xatirəsini yad edib.


Hazırda ABŞ-ın strateji kəşfiyyat aviasiyasının təhlükəsizliyi qorumaq məqsədilə Polşa ilə Ukraynanın sərhədləri boyu uçuşlar etdiyi bildirilir.


Birləşmiş Ştatların Prezidenti Cozef Bayden bildirib ki, ABŞ Ukraynaya 500 milyon dollar məbləğində əlavə yardım paketi təqdim edəcək.