İranlı Kanada polisindən İran polisinə mükafat

Kanadada yaşayan İran əsilli polis 25 illik xidmətə görə aldığı mükafatı İranda qadınları hicaba məcbur etməyən polis kapitanına hədiyə etib

Kanadanın Vankuver şəhərində bir iranlı polisə 25 illik nümunəvi xidmətinə görə mükafat və təşəkkürnamə verilib. O, bu mükafatı hicab taxmayan vətəndaşa qarşı müqavimət göstərməkdən imtina edən polis kapitanı Behnam Zareiyə hədiyyə edib.

Xatırladaq ki, kapitan Behnam Zareyi bir müddət öncə məcburi hicab taxmayan qadını cəzalandırmadığına görə İran hökuməti tərəfindən cəzalandırılıb.