YouTube Rusiyada bloklana bilər...

Vladimir prokurorluğu YouTube-un bloklanmasını tələb edib

Vladimir prokurorluğu Rusiyada YouTube video hostinqinin bloklanması tələbi ilə məhkəməyə müraciət edib. Bu barədə məlumat şəhərin Leninski rayon məhkəməsinin informasiya bazasında yerləşdirilib.

Eyni zamanda, Vladimir prokurorluğu elektrik sayğacları satan iki internet saytına, elektrik enerjisinə necə qənaət etmək barədə məsləhətlər olan səhifəyə və artıq bloklanmış başqa resursa girişin məhdudlaşdırılmasını tələb edib.

Vladimir vilayətinin prokurorluğundan TASS-a bildirilib ki, iddianın məqsədi bütün YouTube-u bloklamaq deyil, yalnız orada yerləşdirilən müəyyən məlumatlar olub. Bununla yanaşı, prokururluğun bloklanma barədə idda iddia ərizəsində video hostinqin ayrı-ayrı məlumatları deyil, bütövlükdə domeni göstərilir - https://www.youtube.com.

“Orada məhkəmə prosesi davam edir və söhbət tamam başqa şeydən gedir. Bunun ümumiyyətlə, YouTube-un bloklanmasına aidiyyatı yoxdur. Biz çox tez-tez məhkəmələrə müraciət edirik, yəni bəzi saytları və ya bəzi fərdi məlumatları bloklayırıq. Məsələn, biz tütün və ya sürücülük vəsiqəsi satan saytları blokladırıq. Lakin bu, bütövlükdə YouTube-a şamil edilmir”, - deyə vilayət prokurorluğunun mətbuat xidməti bildirib.

Yanvarda Vladimir vilayətində yerləşən 19-cu hərbi prokurorluq BMT-nin rəsmi saytının əsas xəbər səhifəsinin bloklanmasını tələb edib. İddiaçı ərizəni geri götürdüyü üçün iş üzrə icraata xitam verilib.