"İran Avrasiya bazarına ixracı inkişaf etdirmək üçün Ermənistanı müşayiət etməyə hazırdır"

İki ölkə arasında ticarətin artması qısa müddətdə baş verəcək

İranın Əmək və Sosial Rifah naziri deyib: "İran və Ermənistan ortaq məxrəcə gəlməklə Avrasiya bazarına ixracın inkişafına nail ola bilərlər".

Seyid Sulət Murtəzəvi İrəvana səfəri çərçicvəsində Ermənistanın İqtisadiyyat naziri Vahan Kerobyan ilə görüşərək İranın Əmək və Sosial Rifah Nazirliyinin istehsal imkanlarını və rəhbərlik etdiyi nazirliyin İran iqtisadiyyatındakı roluna toxunaraq deyib: "Əsas planlaşdırma ilə İran və Ermənistan arasında 3 milyard dollarlıq ticarət mübadiləsinə yardım edə bilərik.
Biz Ermənistanın tranzit roluna əhəmiyyət veririk və Ermənistan, Gürcüstan, Yunanıstan və Bolqarıstanın üzvlüyü ilə "Fars körfəzi-Qara dəniz dəhlizi"nin yaradılması layihəsini ciddi şəkildə davam etdiririk".(snn.ir)