Türkiyədə zəlzələ baş verən bir neçə vilayətdə güclü sel gəlib - Ölən və itkin düşənlər var

 

Dəhşətli dağıntılara səbəb olan zəlzələlərin ardından Türkiyənin Adıyaman, Şanlıurfa və digər bir neçə şəhərində sel suları ciddi fəsadlar törədib.

Türkiyə mətbuatı xəbər verir ki, sel nəticəsində 14 nəfər həyatını itirib, 8 nəfər isə itkin düşüb.

Hazırda sel sularının gəldiyi bölgələrdə axtarış-xilasetmə işləri davam etdirilir.