Putin işğal olunmuş Mariupola səfər etdib

Kreml Putinin ələ keçirilən Mariupola səfər etdiyini bildirib. Bu, Ukraynanın işğalından sonra Rusiya Federasiyası prezidentinin Donbasa ilk səfəridir

Rusiya prezidenti Vladimir Putin Ukraynanın ilhaq edilmiş Mariupol şəhərinə işgüzar səfər edib. Bu barədə TASS, RİA Novosti, İnterfaks və digər media orqanları Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb. Daha sonra bu barədə Kremlin saytında qeyd yer alıb.

“Putin Mariupola helikopterlə uçdu. O, maşın sürərək şəhərin bir neçə rayonunu gəzdi, yaxta klubunun ərazisindəki sahil zolağına, teatr binasına və digər yaddaqalan yerlərə baxdı”, - Kremlin mətbuat xidmətindən bildirilib.

Səfərdə Putini baş nazirin müavini Marat Xusnullin müşayiət edib və o, “şəhərdə və onun ətrafında aparılan tikinti-bərpa işlərinin gedişi barədə prezidentə ətraflı məlumat verib”.

Məlumata görə, Nevski mikrorayonunda Putin yerli sakinlərlə danışıb və ailələrdən birinə baş çəkməyə gedib. “RİA Novosti” yazır ki, Putin “bərpa edilmiş Filarmoniya”ya və Priazovski Texniki Universitetinə baş çəkib.

Agentlik həmçinin Putinin Mariupola səfərini əks etdirən bir neçə foto və video yayımlayıb. Videolardan birində preziden küçə ilə maşın sürür, sonra səhnə və minbər olan zala daxil olur.