Zelenski Çin prezidentni Ukraynaya dəvət edib

Ukrayna Baxmutda uzun sürən döyüşdə qalib gəlməsə, Rusiya beynəlxalq dəstək almağa başlaya və Ukraynadan qəbuledilməz kompromislər tələb edə bilər - Zelenski

Bundan əlavə, prezidentin Sumı-Kiyev qatarında Associated Press-ə verdiyi müsahibəsində o, deyib:
"Cəmiyyətimiz özünü yorğun hiss edəcək, bizi onlarla güzəştə getməyə çalışacaq. Baxmut uğrunda yeddi ay davam edən döyüşdə Rusiya üçün itki taktiki məğlubiyyətdən daha baha başa gələn siyasi məğlubiyyət olacaq".
O, əlavə edib ki, ABŞ Ukraynaya yardımı dayandırsa, biz qalib gələ bilməyəcəyik.
Bununla yanaşı, Zelenski Çin prezidenti Si Sinpini də Ukraynaya dəvət edib.

Qeyd edək ki, bir neçə həftə əvvəl Çin lideri Kremldə olub.