“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA”
Səxavət Əlisoy
KİTABDAN HİSSƏLƏR-21
BÖYÜK ZƏFƏRƏ GEDƏN YOL
Ermənilər atəşkəsdən istifadə edərək işğal etdikləri 7 rayonda vandallizm gerçəkləşdirirdi. Adətən, özlərini dünyanın ən qədim və mədəni millətlərindən hesab edən ermənilər evləri, ictimai binaları və hətta qəbirstanlıqları dağıdırdı. Sökülmüş evlərin daşları, qapı-pəncərələri, taxtaları Dağlıq Qarabağa, Ermənistana və İranla sərhəddəki bazarlara daşınırdı. Təhsilindən asılı olmayaraq, heç bir azərbaycanlı belə bir alçaqlığa əsla əl qoymazdı. “Qədim və mədəni millət” isə bunu hərbi qənimət sayırdı. Əslində ermənilər vandallıqları ilə malik olduqları xisləti nümayiş etdirirdi və ən ilginci o idi ki, aralarında mənəviyyat sahibi olan biri tapılmırdı desin ki, belə işə əl qoymaq insanlığa həqarətdir.
Dağlıq Qarabağ münaqişəsi başlayan gündən prosesləri mütəmadi olaraq izləyən biri kimi qeyd edirəm, bu xalqın siyasətçiləri və ziyalıları içərisində bir nəfər də olsun uzaqgörənə rast gəlmədim. Levon Ter-Petrosyan istisna olmaqla. Ermənistanın prezidenti olduğu illərdə 20-30 il əvvəli görən tək erməni o idi. Yalnız o, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu dilə gətirdi. Qalanları eyforiyada olduqları üçün reallığı dərk edə bilmirdi. Yerevan televiziyaları və Ermənistan mətbuatı ermənilərin Dağlıq Qarabağdakı qəhrəmanlıqlarından ağızdolusu söhbət açır, erməni ordusunu göylərə qaldırırdı. Bütün məclislərində erməni millətinin və ordusunun şərəfinə badələr qaldırılırdı. “Böyük Ermənistan” xəstəliyinə düçar olmuş kiçik bir xalqın əsl faciəsi də bu idi. Anlamırdılar ki, “ağuşuna sığındıqlarının sayəsində oturduqları atdan” günlərin birində düşmək gözləyir onları…
Azərbaycan Konstitusiyasının 103-cü maddəsinin 1-ci bəndində deyilir: Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”. Sadə xalq dili ilə ifadə etsək, prezidentin ən birinci vəzifəsi qanunlara əməl etmək, dövlətin müstəqilliyini, ərazi bütövlüyünü qorumaq və xalqa ləyaqətlə xidmət etməkdən ibarətdir.
İ.Əliyev fəaliyyətinə qiymət vermək üçün onun prezidentliyi dönəmində görülən işlərin bəzilərinə nəzər salmaq yetərlidir. Məsələn, 2003-cü ildə Azərbaycanda evlərin 40 faizi qazla təmin olunmuşdu, indi bu rəqəm 96 faizdir. Yaxud 2003-cü ildə Azərbaycan əhalisinin 40 faizdən çoxu yoxsulluq həddində yaşayırdı. İlham Əliyev yoxsulluq həddini 5 faizə endirməyə nail oldu.
Prezidentliyi dönəmində Bakıda və regionlarda 3630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur. Prezidentin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə müəyyən edilmiş strategiya ölkənin hərtərəfli inkişafına dair davamlı və sistemli proqramların əsasını qoydu və bununla da sosial-iqtisadi inkişafın real dinamikası təmin edildi.
Bu Fərmanın davamı olaraq 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə dörd dövlət proqramı qəbul edildi. Bu proqramların gerçəkləşməsi üçün 100 milyard manatdan çox investisiya qoyuldu. 2006-cı il iyulun 13-də nəhəng Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı oldu və həmin ilin dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verildi.
Sonrakı illərdə “Ümid”, “Babək” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi. Bununla da, Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı.
2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçalda “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu. Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz kəmərlərinin bünövrəsi qoyuldu. Və beləliklə, dünyanın enerji xəritəsində yeni mənzərə formalaşmağa başladı. 2017-ci il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng Azəri-Çıraq-Günəşli neft yataqları blokunun dünyanın transmilli şirkətləri tərəfindən 2050-ci ilə qədər işlənilməsində yeni dövr başlandı.
2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına start verildi. Neft və qaz kəmərlərinin çəkilməsi və işlərin həyata keçirilməsi üçün Qərbin investisiyalar yatırması Azərbaycan dövlətinin xəzinəsinə milyardlar gətirməsi ilə yanaşı onun beynəlxalq arenada nüfuzunu artırırdı. Dünya artıq Azərbaycana müstəqil siyasət yürütməkdə qərarlı olan ciddi bir dövət kimi yanaşırdı. Transmilli neft və qaz layihələri ilə yanaşı 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika mərkəzinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi. Bu gün Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir.
İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 9 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulmuşdur. Orta hesabla hər il Azərbaycanda 1000 kilometr avtomobil yolu istifadəyə verildi. Bakıda Naxçıvanda, Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Qubada, Zaqatalada, Masallıda, Qazaxda, Şamaxıda, Tovuzda, Salyanda, Yevlaxda və digər rayonlarda dünya standartlarına uyğun olimpiya-idman kompleksləri inşa olunaraq idmançıların istifadəsinə verildi. Bakıda Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Şahmat Olimpiadası, Formula 1 üzrə Qran priləri, Avropa Yay Gənclər Olimipya Festivalı və digər beynəlxalq idman yarışlarının keçirilməsi Azərbaycanın dünya miqyasında sülhə, humanizmə və sivilizasiyalararası barışa sadiq qaldığının nümayişi idi.
Mədəniyyətlərarası dialoq mədəniyyət siyasətində prioritet sahələrdən birinə çevrildi. İlham Əliyev 2008-ci ildə "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün "Bakı prosesi"nin başladılması təşəbbüsü ilə çıxış etdi.
Prezident 23 sentyabr 2010-cu ildə Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyasının açılışında çıxış edərkən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təşkil etmək niyyətini açıqladı. Onun bu təşəbbüsü YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Təşkilatı, İCESCO və s. kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi. 2011-ci ildən başlayaraq 2017-ci ilə qədər Bakıda dörd dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. 15 iyun 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman imzalandı. 10 yanvar 2017-ci ildə 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etdi. Daha sonra, İ. Əliyev 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi ilə əlaqədar keçiriləcək bir sıra tədbirlərin maddi təminatı haqqında Sərəncam imzaladı. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılan yardımlar Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumu, Bakı şəhəri Dağ yəhudiləri dini icması, Avropa yəhudilərinin Bakı dini icması, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini qurumu və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması arasında bölüşdürüldü. . Bundan başqa, "Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" iki sərəncam imzalandı.
İlham Əliyevin atdığı bu addımlar Azərbaycanın sivil dövlət imicinin formalaşması üçün mühüm əhəmiyyət kəsb edirdi. Transmilli şirkətlərlə bağlanmış neft və qaz müqavilələri, Azərbaycanı Avropa evinin vazkeçilməz bir parçasına çevirirdi. Bu, həm də ona görə önəmliydi ki, artıq Qərb Rusiyanın Azərbaycana qarşı “istədiyi şəkildə rəftar etməsinin” qarşısını alırdı. Başqa sözlə, Azərbaycanın neft və qazının Avropaya nəql edilməsi Bakının Kremldən asılılığını xeyli azaldırdı. İqtisadi tərəqqi Azərbaycan üçün xüsusi önəm daşıyırdı. Yalnız 2003–2016-cı illər arasında Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) 5 dəfədən çox artdı. Dünya Bankının statistikalarına əsasən 2003-cü ildə Azərbaycanın ÜDM-i 7,276 milyard ABŞ dolları idisə, 2016-cı ildə bu göstərici 37,848 milyard ABŞ dolları idi.
İqtisadiyyatın yüksələn templə inkişafı Azərbaycan dövlətinin müdafiə qüdrətinin artması demək idi. İqtisadi uğur ən birincisi 2010-cu ildə təsdiq edilmiş Azərbaycanın Hərbi Doktrinasının müddəlarının tam olaraq yerinə yetirilməsi üçün münbit şərait yaradırdı. İlham Əliyevin hakimiyyətə gəldiyi 2003-cü ildə Azərbaycan Müdafiə nazirliyinin büdcəsi 150 milyon ABŞ dolları təşkil edirdi. Uğurlu iqtisadi siyasət sonunda Müdafiə nazirliyinin büdcəsi Ermənistan dövlətinin büdcəsinə bərabər hala gəldi. Bunun nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Azərbaycan iqtisadiyyatı Müdafiə nazirliyinə işğaldakı torpaqları azad etmək üçün “münbit şərait” yaratmışdı. Eyni zamanda artıq Azərbaycanın haqq səsi bütün dünyada eşidilməkdəydi. İlham Əliyev dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına görə də and iççmişdi. Prezident fəaliyyətinə başlarkən içdiyi andın bu hissəsini necə yerinə yetirdiyinə obyektiv qiymət vermək üçün onun atdığı mühüm addımları xatırlamaq gərəkdir.
Xarici siyasətdə tam olaraq H. Əliyevin başlatdığı kursa sadiq qalan İ. Əliyev öncə qardaş Türkiyə ilə olan münasibətləri ən üst səviyyəyə çatdırmağa nail oldu. Türkiyənin Ə. Elçibəy və H. Əliyev dönəmlərində də Azərbaycana çox isti münasibəti vardı. Azərbaycan və Türkiyə arasında bir sıra müqavilələr imzalanmış, əməkdaşlıq pozitiv istiqamətdə inkişaf edirdi. Lakin Bakıda İ. Əliyev, Ankarada Receb Tayyib Erdoğan hakimiyyətin başına keçdikdən sonra bu imünasibətlər daha da intensiv şəkil aldı.
Kiçik dövlətlərin mütləq bir böyük dostu olmalıdır. Azərbaycan bu dostunu Qərbdə və Şimalda axtarmadı. Dili, dini bir olan qardaşlarımızla hərtərəfli əlaqələr yaratmaq üçün həm, İ. Əliyev, həm də, R.T. Erdoğan əlahiddə addımlar atmağı bacardı.
2010-cu ilin avqust ayının 16-da Bakı şəhərində iki qardaş dövlət arasında “Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Haqqında” müqavilənin imzalanması strateji aspektdən olduqca mühüm bir hadisə idi.
Beş hissədən ibarət olan müqavilənin: 1."Hərbi-siyasi və təhlükəsizlik problemləri”, 2. "Hərbi və hərbi-texniki əməkdaşlıq” hissələri hər iki qardaş dövlət üçün, xüsusilə Azərbaycan üçün fövqəladə əhəmiyyət kəsb edirdi. Müqavilənin o hissələrində bunlar qeyd olunmuşdu:
Hərbi-siyasi və təhlükəsizlik məsələləri
Maddə 1
Tərəflər qonşu və qardaş dövlətlər olaraq bir-birinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunmasında və qorunmasında bir-biri ilə sıx əməkdaşlıq edəcəklər. Tərəflərin hər hansı biri ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təhdid edildiyi və ya təhlükə altında olduğu qənaətində olduqda, Tərəflər bu təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə təxirəsalınmadan məsləhətləşmələr aparacaqlar.
Maddə 2
Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəldilər. Bu yardımın forması və həcmi təxirəsalınmadan Tərəflər arasında razılaşdırılacaqdır.
Maddə 3
Tərəflər bu Müqavilənin 2-ci maddəsini rəhbər tutaraq, bir-birinə qarşılıqlı yardımın təmin edilməsi üçün səylərin birləşdirilməsi və razılaşdırılmış tədbirlərin icrası məqsədi ilə müdafiə və hərbi-texniki sahədə siyasətlərinin həyata keçirilməsində və silahlı qüvvələri arasındakı əlaqələrin daha da gücləndirilməsində sıx əməkdaşlıq edəcəklər.
Maddə 4
Tərəflər onların maraqlarına toxunan bütün beynəlxalq təhlükəsizlik məsəlləri üzrə bir-biri ilə məsləhətləşmələr aparacaq və bu Müqavilənin məqsədlərinin uğurla həyata keçirilməsinə nail olmaq üçün həyati maraqlarının, ələlxüsus milli təhlükəsizliyinin təmin edilməsi və milli təhlükəsizliyə qarşı yönələn hər hansı təhdid və təhlükənin aradan qaldırılması üçün qarşılıqlı məsləhətləşmələr əsasında fərdi və birgə tədbirlər görmək imkanlarının inkişaf etdirilməsində və artırılmasında bir-birinə davamlı, səmərəli yardım göstərəcək və əməkdaşlıq edəcəklər.
Maddə 5
Tərəflərdən hər hansı biri, digər Tərəfin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələ bilən ittifaq və hərəkətlərdə iştirak etməyəcək, öz ərazisində digər Tərəfin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan təşkilatların və qrupların yaradılmasını və fəaliyyətini qadağan edəcəklər.
Tərəflərdən hər hansı biri öz ərazisindən digər Tərəfə qarşı təcavüz aktlarının və digər zorakı hərəkətlərin həyata keçirilməsi üçün istifadə edilməsinə yol verməməyi öhdələrinə götürürlər.
Tərəflər regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə, həmçinin kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qeyri-qanuni dövriyyəsinə, insan alverinə, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və əməkdaşlıqlarını gücləndirəcəklər.
Hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri
Maddə 7
Tərəflər bu Müqavilədə nəzərdə tutulan müdafiə sahəsində əməkdaşlığın və qarşılıqlı yardının həyata keçirilməsi üçün, öz milli qanunvericilikləri və beynəlxalq öhdəlikləri əsasında və qanuni müdafiə ehtiyaclarının təmin olunması zərurətini nəzərə alaraq, silahlı qüvvələrinin güc və idarəetmə strukturlarının əlaqələndirilməsi üçün lazımi planlaşdırma həyata keçirirlər.
Maddə 8
Tərəflər bu Müqavilənin 2-ci maddəsində qeyd olunan müdafiə və qarşılıqlı yardımın həyata keçirilməsi çərçivəsində birgə hərbi əməliyyatlar aparılması məqsədi ilə hərbi infrastrukturlarının təkmilləşdirilməsi, silahlı qüvvələrin hərtərəfli hazırlığı, onların zəruri silahlarla və hərbi texnika ilə təmin edilməsi üçün bütün lazımi milli tədbirləri görürlər.
Maddə 9
Tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq çərçivəsində nəzərdə tutulan tədbirlər aşağıdakı şəkildə həyata keçiriləcəkdir:
- Tərəflərin müdafiə ehtiyacları və təhlükəsizliyi üçün müdafiə təyinatlı məhsulların və maddi-texniki vasitələrin təchizatı;
- müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı;
- müdafiə təyinatlı xidmətlərin təqdim edilməsi;
- birgə hərbi təlimlərin və müdafiə hazırlığı üzrə tədbirlərin keçirilməsi;
- silahlı qüvvələr üçün mütəxəssislərin hazırlanması;
- silahlı qüvvələrin fəaliyyətinin arxa cəbhə təminatı;
- hərbi tibb və səhiyyə;
- qarşılıqlı razılığa əsasən digər sahə və məsələləri...
Bu müqavilə “bir millət-iki dövlət” aforizminin rəsmi qaydada təsdiqi idi. Müqavilə 2010-cu il dekabr ayının 21-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra ermənilərin təşvişə düşdükləri Ermənistan mediasında açıq-aşkar görünürdü.
Yaxşı xatırlayıram, müqavilə imzalandıqdan sonra Ermənistan parlamenti Azərbaycan-Türkiyə münasibətlərini ciddi müzakirə etməyə başladı. Müqavilə maddə-maddə tribunadan oxunur, və geniş müzakirə olunurdu. Erməni deputatlar yekdilliklə Qərbdəki erməni lobbisini Türkiyəyə qarşı “hərəkətə keçməyə” çağırırdı. Qərbdəki erməni lobbisinin “hərəkəti” nədən ibarət ola bilərdi? Təbii ki, 1914-cü il qondarma soyqırım iddiasını ABŞ, Fransa və digər dövlətlərdə gündəmə gətirməkdən ibarət olacaqdı erməni lobbisinin “hərəkəti”. Ancaq Türkiyə də, dünya da artıq ermənilərin bu şüvənsalmasına çox da ciddi yanaşmırdı.
Müqavilənin müzakirəsi zamanı Ermənistan parlamentinin “Daşnaksütün”dən olan fraksiyası bir az da irəli gedərək torpaq iddialarını əsas gətirərəkTürkiyənin bəzi ərazilərini işğal etmək üçün Kremlə müracit etməyi təklif edirdi. Bu yqzdəyüz sayıqlama idi.
HAŞİYƏ- 120 milyon türkün əhatəsində yaşayan 3 milyon erməninin parlamentdəki təmsilçilərinin nədən “başından yekə” danışdığının səbəblərindən yəqin ki, hər kəsin xəbəri var. Təbii ki, Kremlə güvənərək bu hərəkətləri edirdi ermənilər. Ancaq digər bir səbəb də vardı ki, ermənilər bu barədə danışmağı sevmir. Söhbət tibbdə “erməni xəstəliyi” kimi adlanan bir mərəzdən gedir. Yalnız erməni xalqının kişi cinsindən olanların mübtəla olduğu bu xəstəliyin əsas simptomu yalançı tenezm (gücənmə) onları gün ərzində 10-15 dəfə tualetdə oturmağa vadar edir. Xroniki hala keçən bu xəstəlik xəstənin Mərkəzi Sinir Sistemini zədələdiyindən ciddi psixoloji problemlər yaranmağa başlayır. “Böyük Ermənistan” ideyasının da məhz “yalançı tenezm” sayəsində ortaya çıxdığını düşünən elm adamları mövcuddur. Ermənilərin özlərini “dünyanın ən qədim xalqı”, “müdrik xalq”, “istedadlı xalq” adlandırması da “yalançı tenezm”dən irəli gəlir. Etiologiyasında genetik faktorların rol oynadığı ehtimal olunan bu xəstəliyin mülicəsi Ermənistanda mümkün deyil. Yalnız Ermənistanı tərk etdikdən sonra bu xəstəlikdən xilas olmaq mümkün olur. Ermənistanda ilbəil əhalinin sayının azalmasına və onların dünyaya yayılmasına səbəb olan tək faktor “erməni xəstəliyi”dir...
Bu müqavilənin imzalanması Azərbaycanın işğaldakı torpaqlarını azad etmək üçün ciddi addımlar atacağının miladı idi. 2015-cu ilə qədər Azərbaycan üçün silah-sursat bazarının ünvanı əsasən Rusiya idi. Rusiya bir tərəfdən Ermənistan silahlı qüvvələrini səxavətlə silah-sursatla təmin edir, digər tərəfdən Azərbaycana silah satırdı. Bir nüansı qeyd etmək lazımdır ki, Rusiya yüksək texnologiya əsasında hazırlanmış silah-sursatı bazara çıxarmırdı. Onun bazara çıxardığı silahların əksəriyyəti inventardan çıxarılanlardan ibarət idi. Rusiya ilə gerçəkləşən silah bazarlığı Azərbaycana o illər lazım idi. Digər ölkələrin silah bazarına çıxmaq üçün Azərbaycana zaman lazım idi. Azərbaycanın vəsaiti olduğu halda öz ordusunu mütəşəkkil etmək üçün Qərbin, İsrailin və NATO-nun silah bazarına giriş etməsinə ehtiyac vardı. Bunun çox təhlükəli bir iş olduğu və Kremlin Azərbaycanın qarşısında böyük əngəl olacağını hər kəs görürdü. Digər tərəfdən Qərbdəki erməni lobbisi Azərbaycana silah satışına əngəl olurdu. Belə bir vəziyyətdə Azərbaycanın qətiyyətli addımlar atması lazım gəlirdi. ABŞ başda olmaqla Qərbin müstəqil dövlət kimi BMT-nin üzvü olan Azərbaycanın ərazi bütövlüyünə loyal münasibətindən nəticə çıxarmaq lazım idi. ABŞ və Avropadakı erməni lobbisi, Qərbin “xristian təəssübkeşliyi” və hər zaman Azərbaycana qarşı sərgilənən ikili standart siyasəti aşılması zor olan bir əngəldi. İlham Əliyevin bu maneəni dəf etmək üçün atdığı addım-Türkiyə ilə hərbi əməkdaşlıq yetərli deyildi. Azərbaycanın başqa bir fövqəlgüclə əlaqələr yaratmasına ehtiyac vardı. Rusiyanın qorxusundan və erməni lobbisinin basqısına rəğmən heç bir Qərb dövlətinin Azərbaycanın pulunu alıb ona müasir silahlar satacağı absurd idi. Ancaq Azərbaycanın Dövlət bütövlüyünü təmin etmək naminə diplomatik manevrləri davam etdirməklə yanaşı əlahiddə bir gedişin edilməsinə ehtiyac vardı. Yəni, belə bir mürəkkəb vəziyyətdə İlham Əliyev cəsarətli bir addım atmalıydı. Və o addım atıldı. Azərbaycan İsraillə münasibətləri yüksək səviyyəyə gətirməyə qərar verdi. Azərbaycan İsraili özünün ən yaxın tərəfdaşına çevirmək üçün ikitərəfli münasibətlər tam anlaşma üzərində quruldu. Dünənə qədər beynəlxalq arenada təkbaşına qalmış Azərbaycanın artıq iki güclü dövlətlə-Türkiyə və İsraillə yaratdığı münasibətlərin faydalı olacağına artıq kimsə şübhə etmirdi.
HAŞİYƏ- Yəhudilər bizim torpaqlarda iki min ildir ki, yaşayır. Azərbaycanda üç yəhudi icması — dağ yəhudiləri, əşkinazi yəhudiləri və Gürcüstan yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcüstan yəhudiləri təxminən 700 nəfərdir. 1903-cü ildə Kişinyovda, 1905-ci ildə Odessada, 1906-cı ildə Belostokda, habelə Rusiya imperiyasının digər məntəqələrində baş vermiş yəhudi qırğınları nəticəsində bir çox əşkinazi Azərbaycana pənah gətirmiş, əsasən, Bakıda məskunlaşmışdır. Qırğınlardan xilas olmaq üçün ölkəmizə üz tutmuş əşkinazilər burada özlərinə ikinci vətən tapmışlar.
Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Bu qəsəbəni dünya yəhudiləri Qafqazın Qüdsü və kiçik İsrail adlandırır.
Tam əminliklə demək mümkündür ki, İsraildən sonra yəhudilərin qorxmadan, çəkinmədən, heç bir müsəlman və xristian basqısına məruz qalmadan yaşadığı ölkə Azərbaycandır.
Təsadüfi deyil ki, 1997 və 2016-cı ildə Bakıya səfər etmiş İsrailin baş naziri Benjamin Netanyahu Azərbaycan xalqı barədə xüsusi sayğı ilə danışaraq Azərbaycanla münasibətlərin daha da irəli gedəcəyini vurğuladı.
Gerçəkdən, tarixin bütün kəsimlərində iki xalq arasında münasibətlər qardaşlıq səviyyəsində olmuşdur.
Qafqazda Avropa yəhudilərinin (Aşkenazilərin) məskunlaşması isə Rusiya İmperiyasının Qafqazı işğal etməsilə eyni dövrə təsadüf edir. 1830-cu ildə Avropa yəhudilərinin Bakıda ilk ibadətgahı olan sinaqoq inşa edilmişdir. Bakıda neft sənayesi inkişaf etməyə başladığı 1870-ci illərdə Azərbaycanda, xüsusilə Bakıda yəhudilərin sayı artmağa başlamış, burada bir çox yəhudi şirkətləri təsis edilmişdir. Məsələn, bu dövrdə Bakıda A.Dembo və H.Kogan tərəfindən təsis olunan Dembo və Kogan Şirkəti, Polak Grigori və oğlu Saveli (Shevah) tərəfindən təsis olunan Polak və Sons Şirkəti, həmçinin baron H. Guenzburg, A.M. Feigel, Bikhowsky, Leites, Ickowich kimi yəhudi iş adamlarının fəaliyyəti göstərilə bilər. Azərbaycandakı 19-cu əsrin sonlarında təsis edilən ən böyük şirkətlərdən biri yəhudi əsilli Fransız vətəndaşları olan Rotschild qardaşlarına aid Xəzər-Qara Dəniz Şirkəti idi. Rotschildlərin ayırdığı 10 milyon dollar maliyyə ilə 1883-cü ildə Bakı-Batum dəmir yolu xətti inşa olunmuş və Bakı neftinin daşınmasında bu xətt uzun müddət əsas rol oynamışdır.
1913-1914-cü illərdə Bakının neft sənayesində yəhudilərin payı 44% olaraq dəyərləndirilə bilər. 1897-ci il əhali siyahıyaalmasına görə Bakıda 2341 (ümumi olaraq Azərbaycanda isə 8430) yəhudi yaşayırdı. 1917-ci il inqilabından sonra Azərbaycanda yəhudilərin sayı daha da artmağa başlamışdı. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində yəhudiləri təmsil edən deputat Moisey Gukhman idi. Onunla yanaşı yəhudi əsilli K. Lisgar Ərzaq naziri, R. Kaplan Dini işlər üzrə nazir, Y. Gindes Səhiyyə naziri və M. Abesgauz isə Xəzinə nazirinin müavini olaraq hökumətdə təmsil olunurdular.
Bu günədək Azərbaycanı tərk etmiş bir yəhudinin belə dövlətimiz və xalqımız barədə narazılıq etdiyini duymadım.
Ölkəmizdə yaşayan yəhudiləri Azərbaycanın ən nümunəvi vətəndaşları hesab etmək olar.
Bu fikirlə yəqin ki, həm bizim xalq, həm də, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri razıaşar. Vətəndaşlarımız olan yəhudilərin qətl törətməsi, oğurluq etməsi, narkotika alveri ilə məşğul olması, dava-dalaş salması... barədə kimsə bir şey duydumu?
Belə şeylər ümumiyyətlə, yəhudi gələnəyində yoxdur.
Min illərlə ən qorxunc işgəncələrə, soyqırımlara, təqiblərə məruz qalmış bir xalq olaraq yəhudilər bu gün ağılları sayəsində dünyanı idarə edən 3-4 millətdən biri. Daha doğrusu birincisi.
Dünyanın 110 ölkəsində yəhudi icması fəaliyyət göstərir. Və ən güclü yəhudi lobisi ABŞ-da qurulub. Ki, bunun da çox böyük strateji önəmi var. ABŞ çapında qüdrətli bir dövlət yəhudi lobbisi ilə hesablaşmaq zorundadır. ABŞ senatı və konqresi qəbul etdiyi bəzi mühüm qərarlarda Yəhudi lobbisi ilə hesablaşır.
Səbəb?
Cavablara diqqət edin:
1. 1901-2023cü illərdə Nobel mükafatı almış 965 elm adamının 214-ü -22 faizi yəhudilərdir.
2. ABŞ-da yaşayan milyarderlərin təxminən yarısı yəhudilərdir
3. Dünya bank sisteminin qurucularının və yönəticilərinin böyük əksəriyyəti yəhudilərdir.
4. Dünyanın ən mükəmməl silahlarının istehsalçısı və ya layihə müəllifləri yəhudilərdir...
Nədən xatırlatdım bunu?
Azərbaycan texniki markası olan neft və qazı dünya bazarına çıxarır. Alıcısı kimlərdir? Təbii ki, ilk sırada imperialist güclər.
Nə qədər ki, Azərbaycanda neft və qaz var, o imperialist güclər neft və qazımızın müştərisi olacaq.
Daha hansı dövlət bizim neft və qazı almağa haqq edir? Təbii ki, İsrail. Nəyə görə?
Azərbaycan-İsrail münasibətləri son 15 ildə yüksələn xəttlə inkişaf etməkdə. Hərbi əməkdaşlıq ən üst səviyyədə. Müasir hərbi texnikanı İsrail Azərbaycana satmaqla ordumuzun gücü nə qədər artdı? Bunu Vətən müharibəsində gördük.
Bunun müqabilində neftimiz İsrailə getməlidir. Gedir də. Bu gün İsrailin neftə olan tələbatının təxminən 30-40 faizini Azərbaycan təmin edir. Və bunun nə qədər ağır bir proses olduğunun fərqində olmaq lazım.
Ortada müsəlman dövlətləri var, İran var, bizim əhalimizin böyük əksəriyyətinin şiə olması var.
Eyni zamanda İsrail-İran münasibətlərinin hansı səviyyədə olması da hər kəsə bəlli.
İran-Ermənistan münasibətlərinin də çox isti olması da göz önündə. İsrail məhz İranla olan qardaşlığına görə Ermənistanla hərbi əməkdaşlığını sıfıra salıb Azərbaycanın yanında dayandı.
Azərbaycan bir dünyəvi dövlət. Hər hansı bir dini təriqətin dövlət siyasətinə müdaxilə etməsi də imkansız. Açıq yazıram. Qardaş Türkiyədən fərqli olaraq, Azərbaycanda dini təriqətlər güc hesab oluna bilməz. Sabah Azərbaycan-İsrail münasibətlərinə dair bir referendum keçirilsə belə xalqın çox böyük əksəriyyəti bu münasibətlərin qurulmasının lehinə səs verəcək.
Bakı-Təl Əvivlə münasibətləri mükəmməl bir şəkildə inkişaf etdirir. Bu dövlət olaraq Azərbaycan üçün çox önəmlidir.
Texniki markamız olan Neft və Qazın Azərbaycan dövlətini daha güclü olmasına xidmət etməsi üçün bizim dünyada söz sahibi olan İsrail kimi bir dövlətlə çox yaxın dost olmağımız vacibdir.
Bizi məlum imperialist güclərin basqısından ABŞ və Avropadakı yəhudi lobbisi qorumaq iqtidarındadır.
Bəlli ki, İran hər vəchlə İsraillə olan münasibətlərin pozulması üçün əlindən gələni edəcək. Yüz oyuna əl atacaq. Şiəliyi qabardacaq, yəhudilərin düşmən olduğunu tirajlyacaq. Daha nə edə bilər İran?
Bu bir ayrı araşdırma mövzusudur. Qısa qeyd etməyə dəyər ki, artıq Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Bu gün Azərbaycanın dünya gücləri ilə iqtisadi partnyorluğu var, qüdrətli bir ordusu var və bunu Tehranda da çox gözəl bilirlər. Ən əsası isə Azərbaycan vətəndaşlarının, Azərbaycan şiələrinin reallığı bilməsidir. Vətən müharibəsi zamanı İranın Ermənistana dəstək verdiyini bilməyən bir şiə varmı?
İsraillə olan münasibətlər təbii ki, İranı və Ermənistanı qıcıqlandıracaq. Azərbaycanın xarici siyasət maşınının bu əngəlləri aşaraq yoluna davam edəcəyi şəksizdir.
Yeraltı sərvətlərə malik istənilən bir dövlətin arxasında mütləq dünya güclərindən biri dayanmalıdır. Bu bir yazılmamış qanundur. Movcud siyasi düzən bunu zəruri edir. İsrail ərazisinə görə kiçik görünə bilər. Lakin yəhudilərin intellekti, elmi-iqtisadi-hərbi potensialı hər kəsə bəllidir...
Azərbaycanın İslam Konfransı Təşkilatında təmsil olunması və bu təşkilatda cəm olan müsəlman dövlətlərin İsraillə olan neqativ münasibəti fonunda Bakının Tel-Avivlə yaxınlaşması heç də anlayışla qarşılanmırdı. Bu əməkdaşlıqdan ən çox narahat olan isə təbii ki, İran idi. Azərbaycan-İsrail münasibətlərinin intensivləşməsi və pozitiv yöndə inkişafından ciddi narahatlıq keçirən İran öz növbəsində Ermənistanla əlaqələrini genişləndirirdi. Rusiya ilə “əbədi dostluq” münasibəti saxlyan İranın İsrailin Azərbaycana sirayətinin sonunda Qərbin Cənubi Qafqazı ələ keçirəcəyindən Rusiya qədər əndişəli idi. Tehran Cənubi Qafqazın Rusiyanın əlindən çıxdıqdan sonra İsrailin və Qərbin hədəfinin İran olacağını anlayırdı və məhz buna görə də bu proyektin baş tutmaması üçün dəridən-qabıqdan çıxırdı. Azərbaycanın İsraillə əlaqələrindəki əsas hədəf Dağlıq Qarabağda assimmetrik müharibə şəraitində istifadə etmək üçün ən müasir silahların əldə edilməsi idi. İ. Əliyevin siyasi manevrləri sayəsində Azərbaycan öz ordusunu İsrail hərbi-sənaye kompleksinin modern silahları ilə təchiz etməyə nail oldu. Azərbaycanın Türkiyə və İsraillə qurduğu başarılı əlaqələr ilk bəhrəsini 2016-cı ildə verdi.
Aprel müharibəsi və ya Dördgünlük müharibə
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələrinin və Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişədir. 2016-cı ilin Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra ən şiddətli döyüşlər idi. Dörd gün davam edən müharibə Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu.
5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalandı. Bu qısamüddətli müharibədə Silahlı Qüvvələrimiz 2000 hektarlıq ərazini işğaldan azad etməyə müvəffəq olmaqla yanaşı hərbi əhəmiyyətli yüksəklikləri də nəzarətə götürdü.
Bəzi xarici KİV-lərin verdiyi məlumata görə, döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri İsrailin istehsal etdiyi IAI Harop "Kamikadze" PUA, ThunderB nəzarət dronları və Spike TƏİR-ləri, Rusiya istehsalı olan TOS-1A 24-barrel termobarik (uzun məsafədə alovsaçan) raket sistemlərini tətbiq edib. Rusiyalı hərbi analitiklərinin iddiasına görə, Ermənistanın tank itkilərinin əsas səbəbi İsrailin Harop PUA-ları olub.
Müharibələrin yazılmamış qanunu var. Qalib tərəfi mühakimə etmirlər. Kimin nə düşünməsindən və hansı qənaətə gəlməsindən asılı olmayaraq Azərbaycan Silahlı qüvvələri Ermənistan Silahlı Qüvvələri ətrafında yaradılmış mifi 4 gün müddətində alt-üst etdi.
Dördgünlük müharibə bütün dünyada geniş əks-sada törətməsə də, bəzi beynəlxalq təşkilatlar və dövlətlər operativ şəkildə öz mövqeyini açıqladı.
Məsələn, Avropa İttifaqı getdikcə qarşıdurmanın ciddi xarakter almasından narahatlığını da bildirib. "Əmin olmaq istəyirik ki, münaqişə tərəfləri baş verənlərin məsuliyyətini anlayır və beynəlxalq təşkilatların narahatlığına anlayış göstərəcəklər. Biz münaqişənin danışıqlar masası arxasında və sülhlə nəticələnməsini istəyirik".
BMT bütün tərəfləri hərbi əməliyyatlara son qoymağa, atəşkəs rejiminə tam əməl etməyə və vəziyyətin sabitləşməsi üçün addımlar atmağa dəvət etdi.
Avropa Şurası Parlament Assambleyası hər iki tərəfi atəşkəs rejiminə hörmət edib, dinc danışmalara qayıtmağa və həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrin əsasında Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən bütün silahlı qüvvələrini çıxarmağa çağırdı.
ABŞ dövlət katibi və dövlət katibinin müavini Azərbaycanı açıq şəkildə təhdid etdi. Məhz ABŞ-ın bu təzyiqindən sonra Azərbaycan aprel müharibəsi zamanı əks hücumu dayandırmağa məcbur oldu. Digər Qərb dövlətləri-Almaniya hər iki tərəfi dərhal döyüşü dayandırmağa və atəşkəs rejiminə tam əməl etməyə çağırdı.
Türkiyə prezidenti Receb Tayyib Erdoğan İlham Əliyevə telefonla zəng edərək, Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı toqquşma zamanı Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olması ilə bağlı başsağlığı verdi. Recəb Tayyib Erdoğan başqa bir açıqlamasında isə "çox təəssüf ki, neçə illər ərzində Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə Minsk qrupu həmsədrləri laqeyd yanaşdığı üçün bizi bu mənzərə ilə qarşı-qarşıya qaldıq" dedi.
Pakistan həmişə Azərbaycanın yanında olduğunu bəyan etdi və bildirdi ki: "Azərbaycan qardaş və dost ölkədir".
Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin tezliklə beynəlxalq hüquq normaları əsasında sülhlə həll olunacağına ümid etdiyini bildirdi.
Qazaxıstan Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması və insan itkiləri barədə xəbərlərdən ciddi narahatlığını bildirərək, tərəfləri təmkinli olmağa və atəşkəs müqaviləsinə əməl etməyə çağırdı.
İran Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.
Ukrayna Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd etdi. Belarus aprelin 2-sində yayımladığı rəsmi bəyanatdında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıqladı...
4 günlük müharibə göründüyü kimi Azərbaycana dostlarının kim olduğunu isbatladı. Türkiyə və Pakistanın tutduğu mövqe xalqın ruh yüksəlişinə səbəb oldu. Belarusun, Ukraynanın və Gürcüstanın da mövqeyini məqbul saymaq olar. Beynəlxalq təşkilatların, ABŞ və İranın Azərbaycanı sülh yolu ilə münaqişənin həllinə dəvət etməsi tam bir riyakarlıq nümunəsi idi. ABŞ-ın Azərbaycana qarşı qərəzli mövqeyinin nədən irəli gəldiyi bəllidir. Vaşinqton prezident seçkiləri ərəfəsində erməni lobbisi ilə hər zaman isti münasibətdə olur. ABŞ-ın erməni lobbisinin rəğbətini qazanmaq üçün Azərbaycana təzyiq etməsi gözlənilən idi. Elə İranın da Azərbaycanı sülh danışıqlarına dəvət etməsində qeyri-adi bir şey axtarmağa dəyməz. Nədən ki, Dağlıq Qarabağ münaqişəsinin acı bağırsaq kimi uzanması, Azərbaycan torpaqlarının işğalda qalması tam olaraq Tehranın mənafelərinə uyğun idi. İran Ermənistanın timsalında “sadiq tərəfdaşını” tapdığından gələcəkdə özünə qarşı ciddi təhlükə mənbəyi ola biləcək Azərbaycanı əsla müdafiə etməzdi.
İlginc olan beynəlxalq təşkilatların Azərbaycanı sülh danışıqlarına dəvət etməsi idi. Nə qədər davam edəcəkdi sülh danışıqları?
İlham Əliyev Azərbaycanın ən mühüm problemlərindən biri olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məqsədilə danışıqlar aparmaq üçün 27 dəfə Ermənistanın dövlət başçıları ilə görüşdü. Dağlıq Qarabağ məsələsi ilə əlaqədar prezident ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərini 47 dəfə qəbul edərək, onlarla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli yollarını müzakirə edib. Avropa İttifaqı və Avropa Şurası BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qəbul etdiyi 4 Qətnamənin müddəalarına Ermənistanın riayət etməsi üçün Yerevanın xətrinə dəyən bir cümlə belə ifadə etməyi özünə rəva bilmir, ancaq haqq yolunda olan, öz torpaqlarını işğaldan azad etmək istəyən Azərbaycana məsləhət görür ki, münaqişəni sülh yolu ilə həll etmək üçün danışıqlara getməlidir. İlham Əliyev daha neçə dəfə Ermənistan dövlət başçıları və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşməlidir ki, ATƏT, Avropa İttifaqı və BMT haqlı ilə haqsızı ayıra bilsin? Sonsuza qədərmi? Təbii ki, BMT də, Avropa İttifaqı da, erməni lobbisinin təsirinə məruz qalan dövlətlər də bu münaqişənin sonsuza qədər davam etməsində maraqlı idi. Ancaq Prezident İ. Əliyev münaqişəni həll etmək üçün aparılan qısır danışıqların heç bir nəticə verməyəcəyini və Azərbaycan xalqının səbrinin tükəndiyini çox yaxşı bilirdi. O, vəzifəsinə başlarkən, “dövlətin bütövlüyünü” qorumaq üçün and içmişdi və öz andına sadiq qalmalı idi.
HAŞİYƏ- 2009-cu ildə Misirə iki həftəlik səfər zamanı qrupun tərcüməçisi ilə aramızda səmimi münasibət yaranməşdı. Tərcüməçi Azərbaycan Neft və Kimya İnstitunun məzunu idi və Sumqayıtda istehsalat təcrübəsi keçmişdi. Onunla səfər zamanı Dağlıq Qarabağ münaqişəsi və işğaldakı torpaqlarımızla bağlı xeyli müzakirəmiz olurdu. Qahirədən İsgəndəriyyə şəhərinə gedərkən çantasından bir kitab çıxardı. Ərəb dilində idi. Dedi ki, 4-cü Ərəb-İsrail müharibəsi haqqında yazılıb. 1973-cü il oktyabr ayının 6-da Misir prezidenti Ənvər Sadatın Sinay yarımadasını işğaldan azad etməsinə həsr olunmuş kitabın məzmunu barədə məlumatında bir nüans diqqətimi çəkdi.
Xatırladım ki, 1967-ci ildə 6 günlük Ərəb-İsrail müharibəsi nəticəsində İsrail Qəzzə bölgəsini, Şərqi Yerusəlimi, İordan çayının Qərb sahilini, Colan təpəliklərini və Sinay yarımadasını işğal etmişdir. O vaxt Misirin prezidenti Camal Abdul Nasir idi. 1970-ci ildə Ənvər Sadat prezident kürsüsünə oturduqdan sonra yaxın çevrəsi ilə söhbət zamanı deyirmiş ki, 2 milyonluq İsrailin qarşısında 40 milyonluq Misirin məğlub durumda olmasını həzm edə bilmir. Bu durum qüruruma, heysiyyatıma toxunur və nəyin bahasına olursa-olsun, Sinay yarımadasını işğaldan azad edəcəm. Ənvər Sadat Misir xalqına qürursuz yaşamağı rəva bilmədi. Və 1973-cü ilin oktyabrın 6-da- orucluq ayında üstəgəl yəhudilərin müqəddəs günü olan “Yom Kipur”a təsadüf edən gündə, həm də günün-günorta çağında İsrailə hücum etdi. Oktyabrın 26-a qədər davam edən savaşda Ənvər Sadatın hərbi təyyarəçi olan qardaşı da şəhid oldu, ancaq Sinay yarımadası işğaldan qurtuldu. Ənvər Sadat müharibədən sonra dövlət rəhbərlərinin toplantısında bu sözləri deyir: Misir xalqı qürursuz yaşamaqdan xilas oldu!
Haradasa bənzər durumda da Azərbaycan xalqı idi. Xalq qürursuz yaşamaq istəmirdi. Əminəm ki, bu sətirləri oxuyanların hər biri 3 milyonluq Ermənistan qarşısında 10 milyonluq Azərbaycanlının nələr çəkdiyinin fərqindədir. Düşmən tapdağı altında qalan təkcə vətən torpaqları deyildi. Qürurumuz da düşmən tapdağı altında inildəyirdi. Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətə gəldikdək sonra iki il dalbadal 9 may günü Şuşada yeyib-içdikdən sonra yallı getməsi, prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını təhqir etmək idi. Bir ovuc erməni dığası 300 milyonluq türk dünyasına açıq-aşkar meydan oxuyurdu.
Və belə bir durumda ən böyük məsuliyyət dövlət başçısının çiynində idi. O, ya bu dövlətin bütövlüyünü və bu millətin qürurunu bərpa etməli, ya da, məğlub dövlət başçısı kimi xalqı qürursuz yaşadaraq tarixin arxivinə getməliydi.
İlham Əliyev 2020-ci ilin sentyabr ayının 27-də özünün və xalqın qürursuz yaşamına son qoyacaq fövqəladə bir addıma imza atdı. Ermənistan Silahlı Qüvvələrinin torpaqlarımızı bir neçə istiqamətdən atəşə tutmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri hərəkətə keçdi. 44 gün davam edən Vətən müharibəsində Ermənistan ordusu darmadağın oldu. 30 il işğalda qalan vətən torpaqları azad edildi. Şuşada yallı gedən Ermənistan baş naziri qeyd-şərtsiz təslim aktını imzalamağa vadar oldu. Azərbaycan xalqı Böyük Zəfərə qovuşdu. İlham Əliyev Ali Baş Komandanlığında Azərbaycan ordusu Dövlətin bütövlüyünü təmin etdi. Ən başlıcası isə xalqın qürurunun bərpası oldu…