Deputat: Xəzərin səviyyəsinin azalması su təhlükəsizliyi üçün risk yaradır

Xəzər dənizinin səviyyəsinin enməsi və yağıntıların regionlar üzrə qeyri-bərabər paylanması su təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır.

Lim10.az xəbər verir ki, bunu Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri deputatı Sadiq Qurbanov parlamentdə 2026-ci ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, Azərbaycanın su resursları məhduddur və bu sahədə artan risklər strateji yanaşma tələb edir. 

Deputat qeyd edib ki, su ehtiyatlarının səmərəli idarə olunması və alternativ mənbələrin yaradılması vacibdir.

“Yağış sularının toplanması və bu istiqamətdə layihələrin genişləndirilməsi su təhlükəsizliyinin əsas komponentidir. Bu məsələyə xüsusi diqqət ayrılmalıdır,”- Qurbanov vurğulayıb.

Azərbaycanın su ehtiyatlarının təxminən 70 faizi ölkə xaricindən formalaşır. Son illərdə iqlim dəyişiklikləri, yağıntıların azalması və Xəzər dənizinin səviyyəsində müşahidə olunan geriləmə su balansına mənfi təsir göstərib. 

Mürtəza