Ağ Evdən Çinə çağrış...
Tayvan səfərindən “bəhanə” kimi istifadə etməyin!
WASHINGTON, 29 mart (Reuters)
Ağ Ev çərşənbə günü Çini Tayvana qarşı aqressiv fəaliyyəti artırmaq üçün Tayvan prezidentinin ABŞ-da səfərindən istifadə etməməyə çağırıb.
Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi jurnalistlərə deyib ki, Tayvan prezidenti Tsai İnq-venin tezliklə ABŞ-a gəlişi bir sıra rutin tranzitlərin sonuncusudur.
"Çin Xalq Respublikası bu tranzitdən Tayvan boğazı ətrafında hər hansı fəaliyyəti gücləndirmək üçün bəhanə kimi istifadə etməməlidir" - o, deyib.