"İran Qafqaz regionunda sərhəd dəyişikliyinə icazə verməyəcək"

Bunu İran ordusunun generalı deyib

SEPAH-ın “Telegram” kanalında yayılan videoda İran Ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri deyir ki, Qafqazda bir neçə son dərəcə həssas məsələ var:

- Bunlardan biri “ölkə sərhədləri daxilində sionist rejim ünsürlərinin mövcudluğu”dur;

- Digər problem 2022-ci ildə Azərbaycanla Ermənistan arasında gedən müharibə zamanı münaqişə tərəflərindən birinin təşəbbüsü ilə guya burada meydana çıxan Suriyadan terrorçuların bölgədə olması ilə bağlıdır. Həmin terror ünsürlərinin regionu tərk etməsi ilə bağlı İran tərəfindən heç bir etibarlı məlumat yoxdur;

- Üçüncü məsələ, regionda dövlət sərhədlərinin qanunsuz dəyişdirilməsinin yolverilməzliyidir.

Onun sözlərinə görə, İran qonşu dövlətlərin sərhədlərinə hörmətlə yanaşır, lakin onların dəyişdirilməsinə imkan verməyəcək.