ABŞ tarixində ilk dəfə keçmiş prezident ittaham olunacaq

Tramp 30-dan çox maddə ilə ittiham olunacaq. Onun çərşənbə axşamı məhkəmə qarşısına çıxacağı gözlənilir. CNN bildirir ki, bu, ABŞ tarixində ilk dəfədir.

Tramp çox güman ki, rəsmi olaraq mühakimə olunan ilk ABŞ prezidenti olacaq. Ondan könüllü olaraq hakimiyyətə təslim olmasının istəniləcəyi gözlənilir. O, ciddi cəhdlə gizlətməyə çalışdığı, 2016-cı il seçkiləri ərəfəsində pornoqrafik aktrisa Stormi Danielsə susmaq üçün pul ödədiyinə görə araşdırılır.

Tramp artıq bunu “tarixdə ən yüksək səviyyədə siyasi təqib və seçki müdaxiləsi” adlandırıb.