Daha bir erməni əsgəri öldu

Ermənistan Müdafiə Nazirliyindən sadəcə komediya mesajı:

"Martın 31-də saat 22:50 radələrində cənub-şərq sərhəd zonasında, görmə uzaqlığının olduqca zəif olduğu bir şəraitdə ER Silahlı Qüvvələrinin hərbçiləri arasında atışma olub.

Bununla paralel olaraq Azərbaycan tərəfdən də atəş açılıb. Hadisədən sonra Ermənistan Silahlı Qüvvələrinin çağırışçı hərbi qulluqçusu Hraçya Saruxanyanın meyiti tapılıb.

Daha bir əsgər yaralanıb. Yaralı əsgərin həyatı üçün təhlükə yoxdur. Hadisənin bütün hallarının müəyyən edilməsi üçün araşdırma aparılır