İran mediasından qərəzli yazı: "Bakının qırmızı dili"
İSNA yazır: "Baxmayaraq ki, ötən ilin son həftələrində İranın regional xarici siyasəti, xüsusən də Fars körfəzi ölkələrinə münasibətdə Pekinin üçtərəfli razılaşması və Səudiyyə Ərəbistanı ilə münasibətlərin bərpası müsbət məcraya yönəldi, amma, son iki həftənin diplomatik vəziyəti nəzərə alsaq, görünür ki, İsraildə hadisələrin gedişi İran İslam Respublikasının xarici siyasətinə destruktiv təsir göstərib. Bu proses Suriya və Azərbaycanda aydın görünür.
Tehranın Fars körfəzindəki diplomatik uğurlarına baxmayaraq, şimal sərhədində gərginlik davam edir.
Bütün dəlillər, səbəblər və sübutlar göstərir ki, Tehran bu dəfə qarşı tərəfdən köklənən cəfəngiyyata tamaşaçı kimi qala bilmir".
"Bakı Respublikası" Qarabağda və onun ətrafında genişmiqyaslı hərbi təlimlərə hazırlaşır"
İranın "Hizbullah" hərbi-siyasi təşkilatının "Telegram" kanalı Azərbaycan Müdafiə Nazirliyinin Qarabağda üç günlük təlim keçirmək planları haqqında Fövqəladə Hallar Nazirliyinin rəsmi sənədi olduğu iddia edilən sənədin fotosunu yayımlayıb və Azərbaycanı qərəzli olaraq "Bakı Respublikası" adlandıraraq yazıb: "Bakı Respublikası Qarabağ regionunda və onun ətrafında genişmiqyaslı hərbi təlimlərə hazırlaşır".