"İranın şimal-qərbində gərginlik”
“Tehran-Bakı əlaqələri son 30 ilin ən düşmən vəziyyətinə necə çatdı? İranın şimal-qərbində gərginlik” - İran mediasi
Fararu saytının məlumatına görə, İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin hesab edir ki, Türkiyədə keçiriləcək seçkilər Azərbaycanın İrana qarşı mövqeyinə o qədər də təsir etməyəcək.
O, deyib: “Türkiyədə prezident seçkisinin nəticələrinin Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyinə hər hansı təsir göstərməsi ehtimalı azdır. Əliyevin mövqeyi Azərbaycanla Ermənistan arasındakı fikir ayrılıqlarından irəli gəlir”.
Diplomatın sözlərinə görə, əsas müharibə Azərbaycanla Ermənistan arasındadır, başqa dövlətlər və aktyorlar da rol oynaya bilər: "Amma nə qədər ki, Bakı və İrəvan öz problemlərini həll etmək istəmir, təbii ki, onların fikir ayrılığı ətraf ölkələrə də öz təsirini göstərir...”.