Azərbaycanda daha 500 nəfər İŞSİZ QALDI

"Azəriqaz" İstehsalat Birliyinin "Təmiz Qaz" QSC ilə bağladığı müqaviləyə dəyişiklik etməsi podratçı şirkətin 500-dən artıq əməkdaşının işsiz qalmasına səbəb olub.

Lim10.az Teleqraf.com-a istinadən xəbər verir ki, "Azəriqaz" İB "Təmiz Qaz" şirkəti ilə yerüstü qaz kəmərlərinə texniki baxışın keçirilməsi, qaz tənzimləyicilərinin yoxlanılması və sazlanması, yerüstü siyirtmələrə texniki baxışın aparılması yönündə 2021-ci ildə bağladığı satınalma müqaviləsinə bu ildən dəyişiklik etməyi qərara alıb.

Daha doğrusu, bu əməliyyat üzrə xərcləri optimallaşdıraraq podratçı vasitəsilə deyil, öz kadr potensialı ilə icrasına qərar verib.

Hətta birlik tərəfindən bu barədə ötən il noyabrın 29-da "Təmiz Qaz" QSC-yə məktub ünvanlanıb. Məktubda orta və aşağıtəzyiqli yerüstü qaz kəmərlərinə və onların üzərində olan bütün növ qurğu və avadanlıqlara göstərilən texniki baxışın 2025-ci ilin yanvarın 1-dən etibarən dayandırılması bildirilib.

Texniki baxış xidmətlərinin sifarişçi tərəfindən ləğv edilməsindən sonra bilavasitə həmin xidmətlər üzrə paytaxtda və bölgələrdə işə götürülən işçilərə bu barədə bildiriş təqdim olunub, daha sonra isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onlar ixtisar ediliblər.

Qeyd edək ki, "Təmiz Qaz" 2014-cü ildən başlayaraq "Azəriqaz" İB-nin sifarişi əsasında respublikanın 68 rayon və şəhərində mövcud olan qaz təsərrüfatına texniki baxışın keçirilməsi və qaz sızmalarının aşkar edilməsi işlərini aparır. İllər ərzində şirkətlə bu yöndə bağlanılan müqavilə yenilənib. Hətta "Təmiz Qaz"a həvalə edilən işlərin sayı artırılıb.

Belə ki, 2017-ci ildən şirkət "Azəriqaz"ın sifarişi əsasında məişət qaz sayğaclarına daxili və xarici metroloji texniki baxışın keçirilməsi, uyğunsuzluqların aşkar edilməsi və yeni sayğacla əvəz edilməsi işlərini həyata keçirir.

2018-ci ildən başlayaraq SOCAR Qaz İxrac İdarəsinin sifarişi əsasında yeraltı magistral qaz kəmərlərinə və qaz kranlarına texniki baxışın keçirilməsi və qaz sızmalarının aşkar edilməsi işlərini görür. Yəni dövlət qurumu ilə şirkətin əməkdaşlığı 11 ildir davam edir. Vaxtilə "Azəriqaz"ın milyonluq tenderini qazanan "Təmiz Qaz"ın əsas üsünlüyü texniki baxış işlərinin həyata keçirilməsi üçün yüksək peşəkarlığı olan və xarici mütəxəssislər tərəfindən təlim alan işçilərinin olması idi.

Qeyd edək ki, "Təmiz Qaz"ın podratçılığını etdiyi işləri bundan sonra sifarişçinin özü - "Azəriqaz" həyata keçirəcək.

Xatırladaq ki, daha əvvəl Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi ləğv olunduğu üçün 400-ə yaxın əməkdaş .