Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcəklər.
Lim10.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Dmitri Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putinin həm İlham Əliyev, həm də Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşləri olacaq.
"Bu iki gün ərzində Putin ayrı-ayrılıqda bütün liderlərlə görüşəcək", - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, dekabrın 21-də Sankt-Peterburqda Avrasiya İttifaqı Ali İqtisadi Şurasının iclası, dekabrın 22-də isə MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək.(apa)



















